Thursday, March 16, 2017

Avropada İslam maliyyəsi (42)

Ardı
1.4.2 DOLAYI İŞTİRAK VƏ YA QEYDLİ MÜQAVİLƏLƏR
Həmçinin qeyri-iştiraki maliyyələşmə formaları da mövcuddur.
Bu maliyyələşmə növlərində mənfəət və zərər bölgüsü məsələləri ehtiva olunmur.
Təcrübədə bunlar adətən məxsusi olaraq:
-      istehlak kreditləri;
-      həmçinin qısa və orta müddətli maliyyələşmələr
üçün istifadə olunur.
Bunların ən tanınmış formaları:
-      murabahah (satış şərtli);
-      və icarə (lizinq)
müqavilələrindən ibarətdir.
Həmçinin “ticari əsaslı”, yaxud “aktiv əsaslı” müqavilələr kimi tanınan bu müqavilə növlərində fondların təklifi ilə alınan malların qiymətlərinə əlavə və ya qeydlər nəzərdə tutur.
Avropa Mərkəzi Bankının tədqiqat işindən

(Müəlliflər: F.Mauro, P.Caristi, S.Couderc, A.D.Maria, L.Ho, B.K.Grewal, S.Masciantonio, S. Ongena and S.Zaher)

No comments:

Post a Comment