Monday, March 27, 2017

Avropada İslam maliyyəsi (43)

Ardı
Burada mükafat məbləği birbaşa şəkildə müvəqqəti ölçüyə (məbləğə) istinad etmir.
Beləliklə bu:
-      kommersiya xidmətinə görə (murabahah müqaviləsi halında);
-      yaxud malın istifadəsinə görə (icarə müqaviəsi halında)
ödəməni ifadə edir.
Halbuki, müqavilə üzrə nağd döriyyəyə baxdıqda faktiki olaraq sanki bu, ənənəvi bank borclanmasında olduğu kimi təkrarlanır.
Həmçinin ümumilikdə bu əməliyyatlar transaksiyanın əsasını təşkil edən mallara sahiblik kimi girovun dolayı formaları ilə bağlıdır.
Murabahah ən çox istifadə olunan müqavilədir.
Bunun əsasında bir tərəf aktivi alır və onu digərə tərəfə baha qiymətlə satır.
Bu, müqavilənin nəticəsi əsasında razılaşdırılır və ödənişi sonda həyata keçirilir.
Avropa Mərkəzi Bankının tədqiqat işindən

(Müəlliflər: F.Mauro, P.Caristi, S.Couderc, A.D.Maria, L.Ho, B.K.Grewal, S.Masciantonio, S. Ongena and S.Zaher)

No comments:

Post a Comment