Wednesday, March 29, 2017

Avropada İslam maliyyəsi (44)

Ardı
Aşağıda qeyd olunan müqavilələr də oxşardırlar:
1. Bay ’əl-mu’accal
Bu müqavilə gələcək tarixdə pul ödənişinin müqabilində aktivin dərhal satışını nəzərdə tutur. Bu növ ödənişlər tam və ya hissə-hissə yerinə yetirilə bilər.
2. Bay ’əl-salam
Bu müqavilə cəlb olunmuş qiymətlə dərhal ödəniş əsasında aktivin təxirə salınmış satışını nəzərdə tutut.
3. Bay ’əl-istisna’
Bu müqavilə bay ’əl-salam müqaviləsi ilə eyniliyə malikdir, fərq ondan ibarətdir ki, burada müxtəlif müqavilə obyektləri (istehsalı yekunlaşmayan sənaye məhsulları) çıxış edir.
4. Əmtəəli murabahah (yaxud taşarruq)
Bu zaman müəyyən olunmuş hər hansı əmtəənin (məsələn metal) alınması tələbi ilə müştəri bank ilə murabahah razılaşmasına girir.

Avropa Mərkəzi Bankının tədqiqat işindən

(Müəlliflər: F.Mauro, P.Caristi, S.Couderc, A.D.Maria, L.Ho, B.K.Grewal, S.Masciantonio, S. Ongena and S.Zaher)

No comments:

Post a Comment