Ağıl qəlbin qapısıdır. O, bütün həqiqətləri alıb, onları gözəlliklər və çirkinliklərə ayırmalı, süzməlidir. Qəlbə yalnız və yalnız gözəllikləri ötürməlidir. Zahiri gözəlliyin də, çirkinliyin də batini gözəllikdir. Əhədiyyət məntiqi ilə silahlanmış ağıl şübhəsiz ki, hər bir hadisə və prosesin batinindəki gözəlliyi görür. Bu ağıldan qəlbə süzülən gözəllik həzzi salim qəlbin əbədi qidasıdır. Salim qəlb isə həmişə baqidir, aramdır.
No comments:
Post a Comment