Adətən bəşər cəmiyyəti mütəfəkkirlərin sahib olduqları yeni bilik və ideyaları qəbul etməkdə, onları həqiqət hesab etməkdə çəkinir, gecikirlər.
Bu, əksər hallarda yeni bilik və ideyalara qarşı ciddi müqavimətə çevrilir. Bu zaman yaranmış təhdidlər həmin mütəfəkkirlərdən sona qədər öz ideyalarının həqiqiliyinə inamı tələb edir. Bu isə məsələnin ən çətin tərəflərindən biridir.
Sonradan cəmiyyət həmin işıqlı ideyaları nəinki qəbul edir, bir müddətdən sonra onun benefisiarına çevrilirlər. Bu isə həmin ideyaların ilk carçılarına çox baha başa gəlir.
No comments:
Post a Comment