Wednesday, April 3, 2019

A97.1

Ardı:
Çox zaman həmin amillər rolunda, elə dəyərlər sisteminin digər elementləri, yəni digər dəyərlər çıxış edir. Biz buna “dəyərlərin kombinasiyası”, yaxud “dəyərlərin savaşı” da deyə bilərik. Bu zaman insan daha maraqlı və daha çətin seçim qarşısında dayanmış olur. Bu, bir neçə yaxşıdan daha yaxşısını seçə bilmək məsələsidir. Bu, bir neçə müsbət dəyərdən daha üstün dəyəri seçə bilmək imtahanıdır. Bu zaman məsələni bir qədər də mürəkkəbləşdirən xüsusiyyət meydana gəlir. Bu da ondan ibarətdir ki, insan burada daha yaxşı olanı seçə bilsə nəticə ən yaxşı olur. Daha yaxşı olanı seçə bilməsə isə nəticə pis olmuş olur. (ardı var)

No comments:

Post a Comment