Bunun üçün insan öz içinə baş vurmalı, diqqətini ətraf aləmdən ayırıb daxili dünyasına yönəltməlidir. Son nəticədə bu suallara cavab tapmaq fərdin öz həyatının mənasını anlamasına imkan verəcəkdir.
Hədəf, gedilən yolun mahiyyəti bəlli olandan sonra isə həmin yolu daha məqsədəuyğun və iradi getmək mümkün olacaqdır. Bu zaman yaşam xaos və pərakəndəlik halından sistemli, ahəngdar vəziyyətə dönüşəcəkdir. Məqsədyönlü və məntiqli yaşam sisteminə malik fərdlərin çoxluğu isə bütövlükdə ictimai düzənin ahəngdarlığına, cəmiyyətin inkişafına səbəb olacaqdır.
İstifadə olunmuş mənbə: https://examples.yourdictionary.com/examples-of-core-values.html
No comments:
Post a Comment