Davranışları öyrənən elmi, eləcə də empirik tədqiqatçıların bir qrupunun fikrincə fərdin davranışları özü-özlüyündə rasionaldır. Bu baxımdan hesab olunur ki, insanların qərarvermə ağacı, yəni qərar qəbuletmə formulu yüksək dərəcədə effektivdir.
Belə ki, insan məsələ barədə son qərar qəbul etmədən öncə şüur və ya təhtəlşüur səviyyəsində:
- öncə qərarın doğura biləcəyi nəticələri, yəni fəsadları və imkanları qiymətləndirir;
- bunun üçün tələb olunan bütün resursları (geniş mənada) hesablayır;
- eləcə də bunun nəticəsində əldə olunacaq bütün resursları (yenə də geniş mənada) dəyərləndirir.
Beləliklə, bütün bu təhlillərin nəticəsində qərarını qətiləşdirir.
No comments:
Post a Comment