Tuesday, January 28, 2020

A189.1

Ardı:
Dərində daşıdığımız dəyərlərdən yaxşıca agah olmağımızın mühüm şərtlərindən biri diqqətdir.
Gündəlik həyatda etdiyiniz əsas seçimlərə diqqət ayırmağa başlamalıyıq. Qərarlar verdiyimiz zaman təfəkkürümüzün dərinliyində baş verən prosesləri izləməyi öyrənməliyik. Sanki, özümüzə daim bu sualı verməliyik ki, mən niyə bunu edirəm? Bu suala cavabımız hər seçimin arxasındakı dəyəri müəyyən etməyə, onun adını tapmağa kömək edəcəkdir.
Bundan sonra adını müəyyən edə bildiyimiz dəyərlərimizin intensivliyinə diqqət verməliyik. Müəyyən etməyə çalışmalıyıq ki, gün və ya həftə ərzində həmin dəyərlərin diqtəsi ilə nə qədər iş gürür, davranışlarımızı həyata keçiririk.

İstifadə olunmuş mənbə:
Carley Sime
https://www.forbes.com/sites/carleysime/2019/01/25/please-get-to-know-your-values/#7fc7057949d2

No comments:

Post a Comment