Allah üçün insanın
topladığı sərvətin məbləği, gözəlliyi və ya rəngi önəmli deyildir, əksinə Onun
şərəf meyarı qəlblərin təqvasıdır. Allah buyurur:
“Ey insanlar! Biz
sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi
tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq.
Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis
əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər
şeydən) xəbərdardır.” (Quran 49:13)
Həmçinin Peyğəmbər
buyurur:
“Həqiqətən Allah
üçün sizin göstərişiniz və ya sərvətiniz deyil, əksinə, qəlbiniz və əməlləriniz
önəmlidir. ” (Səhih Müslim)
Kimsə dərhal bu
prinsiplərə görə fərz edə bilər ki, İslam iqtisadi sistemi əsaslandığı
dəyərlərin fəqliliyi baxımından başqalarından radikal şəkildə fərqlənir.
Kapitalist
cəmiyyətində həmin sistemin daxili təbiəti və dəyərlərinə söykənən elə iqtisadi
qaydalar təzahür edə bilər ki, onlar mənəvi və etik dəyərləri üstələmiş olsun.
Eyni şey kommunist,
sosialist və digər cəmiyyətlərdə də mövcud ola bilər.
Bu məqalələrdə
qeyd olunan prinsiplər İslam iqtisadi sisteminin çiçəklənməsini, şəxsi maraqlar
ilə ümumi ictimai maraqlar, eləcə də dünyəvi qazanclar ilə mənəvi (ruhi)
qazanclar arasında bariz tarazlığı təmin edir ki, məhz bütün bunlar vasitəsilə
aləmlərin Rəbbinin razılığına nail olunur.
www.islamreligion.com