Tuesday, July 8, 2014

İslam iqtisadi sistemi (8)

Bunun məhək daşı odur ki, hər şey Allahın kainatın Yaradanı, Hökmdarı və Sahibi olmasına inamdan başlamalıdır.
Bu, Allahın iradəsinə tabe olmağı, Onun hökmlərini qəbul etməyi, Ona bütünlüklə və şərtsiz qul olmağı nəzərdə tutur.
Bu, o deməkdir ki, həm fərdi, həm də kollektiv şəkildə Müsəlmanlar özlərinin xüsusi prinsiplərindən fərqli olan digər sistemləri (məsələn sələm, yaxud faiz gəliri kimi) təqlid etməməli, onunla yarışmamalıdırlar.
Bu, birinci prinsipdir.
İkinci prinsip isə ondan ibarətdir ki, İslam bitkin həyat yoludur.
İslam bütün aspektlərdə fərdin həyatının bələdçisidir:
§  mənəvi
§  sosial
§  etik
§  iqtisadi
§  siyasi və s.
Bütün bu aspektlər Allahın mütləq rəhbərliyinə əsaslanır.
www.islamreligion.com

No comments:

Post a Comment