Məhz, İslamda
ədalət anlayışı vasitəsilə fərdlərin və institutların iqtisadi davranışlarını
tənzimləyən qaydaların mahiyyəti başa düşülə bilər.
İslamda ədalət
çoxşaxəli konsepsiyadır və bir neçə ifadə ilə ona tərif vermək olar.
Ədalətin ümumi
konsepsiyasını, mahiyyətini əks etdirən başlıca anlayış Ərəb dilindəki “ədl”
ifadəsidir.
Bu söz və onun
çoxlu sayda sinonimləri “hər şeyi öz yerinə qoymaq”, “bərabərlik”, “tarazlıq”,
“balans”, “insaflılıq” anlayışlarına ekvivalent olan “düzgünlük” anlayışını
ifadə edir.
Təcrübədə ədalət
Şəriətə müvafiq fəaliyyət, əməl kimi müəyyən olunur, hansı ki, bu, iqtisadi
məsələləri əhatə edən substantiv və prosessual ədaləti özündə birləşdirir.
Substantiv ədalət
Şəriət substansiyasında yer alan ədalət elementlərindən ibarətdirsə, prosessual
ədalət Hüquq substansiyasında yer alan qaydaların həyata keçirilməsinə nail
olmaqdan ibarətdir.
İqtisadi ədalət
anlayışı və bunun başlıca konsepsiyalarından olan bölgü ədaləti İslam iqtisadi
sisteminin xüsusiyyətlərini müəyyən etmək baxımından çox vacibdir.
www.islamreligion.com
No comments:
Post a Comment