Wednesday, July 30, 2014

İslam iqtisadi sistemi (12)

Altıncı prinsip
Altıncı prinsip ondan ibarətdir ki, insanlar arasında sərvətin səviyyəsinə görə fərqlilik özlüyündə insana əskiklik və ya üstünlük yaratmır.
Belə ki, kasıblıq və zənginlik Allahın ümumi nəzarətindədir, hansı ki, bu məsələləri Özünün sonsuz ədaləti və rəhməti əsasında seçdiyi kəslər üzrə tənzimləyir.
“Allah istədiyi bəndənin ruzisi bol da edər, azaldar da. (Məkkəlilər) dünya həyatı (bol ruzi) ilə sevindilər. Halbuki dünya həyatı (neməti) axirət həyatı (neməti) ilə müqayisədə çox cüzi (əhəmiyyətsiz) bir şeydir (dünya neməti müvəqqəti, axirət neməti isə əbədidir).” (Quran 13:26)
Zənginlik də kasıblıq kimi, Allah tərəfindən təyin olunmuş elə bir sınaqdır ki, məhz bunun vasitəsilə görünür ki, şəxs sahib olduğu sərvətlə necə davranır – özünün əyləncəsinəmi, yoxsa konstruktiv qaydada dinin təlqin etdiyi yollaramı xərcləyir.
Allah buyurur:
 “Həqiqətən, mal-dövlətiniz və oğul-uşağınız (sizin üçün) ancaq bir imtahandır. Ən böyük mükafat (Cənnət) isə Allah dərgahındadır!” (Quran 64:15)
Dünya həyatında digərləri ilə müqayisədə daha çox müxtəlif hədiyyə və nemətlər, eləcə də səltənət bəxş olunmuş Suleyman Peyşəmbərin dediyini Qurani-Kərim belə anlatır:
 “Bu, Rəbbimin lütfündəndir (mərhəmətindəndir). Məni imtahana çəkməyi üçündür ki, görək (Onun nemətinə) şükür edəcəyəm, yoxsa nankor olacağam!” (Quran 27:40)

www.islamreligion.com

No comments:

Post a Comment