Wednesday, July 16, 2014

İslam iqtisadi sistemi (11)

Buna əməl edilməsi Onun yoluna sadiqliyi və Onun hədlərini pozmamağı göstərir. Allah buyurur:
“Yer üzünə sərilmiş və sərilməmiş bağ-bağatı (bostanları və bağları), dadları müxtəlif xurmanı və taxılı, bir-birinə həm bənzəyən, həm də bənzəməyən zeytunu və narı yaradan Odur. (Onların hər biri) bar verdiyi zaman barından yeyin, yığım günü haqqını (zəkatını, sədəqəsini) ödəyin, lakin israf etməyin. (Allah) israf edənləri sevməz!” (Quran 6:141)
Beşinci prinsip.
Beşinci prinsip Axirətdə hesabatlılıq prinsipidir.
Allah bəşəriyyətə qəyyumluq və resurslar vermişdir.
Bu, o deməkdir ki, hər bir fərd Haqq-hesab günündə özünün bu həyatındakı davranışları barədə sorğulanacaqdır.
Əlbəttə ki, bu, bizim iqtisadi davranışlarımıza da aiddir.
Allah buyurur:
“Sonra da həmin gün (Allahın dünyada sizə əta etdiyi) nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız!”. (Quran 102:8)

www.islamreligion.com

No comments:

Post a Comment