Thursday, July 31, 2014

İslam iqtisadi sistemi (13)

Allah üçün insanın topladığı sərvətin məbləği, gözəlliyi və ya rəngi önəmli deyildir, əksinə Onun şərəf meyarı qəlblərin təqvasıdır. Allah buyurur:
“Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır.” (Quran 49:13)
Həmçinin Peyğəmbər buyurur:
“Həqiqətən Allah üçün sizin göstərişiniz və ya sərvətiniz deyil, əksinə, qəlbiniz və əməlləriniz önəmlidir. ” (Səhih Müslim)
Kimsə dərhal bu prinsiplərə görə fərz edə bilər ki, İslam iqtisadi sistemi əsaslandığı dəyərlərin fəqliliyi baxımından başqalarından radikal şəkildə fərqlənir.
Kapitalist cəmiyyətində həmin sistemin daxili təbiəti və dəyərlərinə söykənən elə iqtisadi qaydalar təzahür edə bilər ki, onlar mənəvi və etik dəyərləri üstələmiş olsun.
Eyni şey kommunist, sosialist və digər cəmiyyətlərdə də mövcud ola bilər.
Bu məqalələrdə qeyd olunan prinsiplər İslam iqtisadi sisteminin çiçəklənməsini, şəxsi maraqlar ilə ümumi ictimai maraqlar, eləcə də dünyəvi qazanclar ilə mənəvi (ruhi) qazanclar arasında bariz tarazlığı təmin edir ki, məhz bütün bunlar vasitəsilə aləmlərin Rəbbinin razılığına nail olunur.

www.islamreligion.com

No comments:

Post a Comment