Monday, July 14, 2014

İslam iqtisadi sistemi (10)

Dördüncü prinsip:
Dördüncü prinsip ondan ibarətdir ki, Allah qəyyumuluqla bağlı cavabdehliyi yerinə yetirməkdən ötrü bəşəriyyətə yardım göstərmək üçün bu dünyada hər şeyi insanların xidmətində qərar vermişdir.
Qurani-Kərimdə bunu təsdiq edən çoxlu ayətlər vardır. Belə ki:
“Gəmilərin Onun əmri ilə dənizdə üzməsi və sizin də Onun lütfündən (orada) ruzi axtarmanız üçün dənizi sizə ram edən Allahdır! Bəlkə, şükür edəsiniz!” (Quran 45:12)
Bu isə o demək deyil ki, Allahın bizim seçimimiz üçün əta etdiyi bu resurslardan sui-istifadə etməklə bağlı bizə (insanlara) səlahiyyət verilməmişdir.
Əksinə, bəşəriyyəti Allahın onun üçün əlyetərli etdiyi müxtəlif resurslardan məsuliyyətlə istifadə etməyə səsləyən çoxlu ayətlər mövcuddur.
İnsanlar Allahın yaratdığı yaxşı şeylərdən faydalanmaq üçün həvəsləndirilmişlər.
Lakin, onlar bunu Onun qoyduğu çərçivələr daxilində etməlidirlər.


www.islamreligion.com

No comments:

Post a Comment