Tuesday, March 10, 2015

İstehlakçı davranışının nəzəriyyəsi (25)

Peyğəmbərin əmri ilə Müsəlmanlara özlərinin gələcək istehlakları üçün yığım etməyə icazə verilməsi bütün ailə üzvlərinin layiqli mənafeyi naminə ev təsərrüfatı xərclərinin idarə olunmasının vacibliyini göstərir.
İnsanların müftə pullarla yığım edərək müəyyən sabit gəlir əldə etməsini ehtiva edən sələm faizi qadağan olunmuş, bu, investisiya verimi üzrə göslənilən gəlir mexanizmi ilə əvəz olunmuşdur.
Nəticə
o   Nəticə olaraq, İstehlakçı davranışı nəzəriyyəsinə görə ənənəvi və İslam iqtisadi sistemlərini onların:
§  postulatları
§  və prinsipləri
baxımından fərqləndirmək olar.
Allahın əhədiyyətinə və axirətə etiqada əsaslanan İslam dünya görüşü ənənəvi sekülyarizmdən tamamilə fərqlidir.
o   Ənənəvi sistemdə iqtisadi fenomenlər pozitiv və normativdən ibarət iki metod vasitəsilə izah olunur.
o   Hazırkı İslam iqtisadçıları İslami mənbələrə, həmçinin Şəriətin inkar etmədiyi ənənəvi iqtisadi nəzəriyyələrə istinad edirlər.
o   Bu zaman, birincisi İslam iqtisadiyyatının normativ metodu, növbətisi isə pozitiv metodu kimi qəbul olunur.
ardı olacaq...

Mənbə: Malayziya İslam Elmləri Universiteti

No comments:

Post a Comment