Wednesday, March 18, 2015

Kamil insan və kamil davranış (2)

Mürtəza Mütəhhəri Tehran Universitetində 22 il ərzində fəlsəfə fənnini tədris etmişdir.
1965 və 1973-cü illər arasında o, Şimali Tehranda da mühazirələr demişdir.
Mütəhhəri İslam, İran və tarix mövzularında bir neçə kitab yazmışdır.
1975-ci ildə Ayətullah Mürtəza Mütəhhəri tərəfindən öyrənilənə qədər “bərabər hüquqlar” anlayışı qərb dünyasında olduğu kimi başqa cür başa düşülürdü.
Məhz, onun tərəfindən bu ideya irəli sürülmüşdür ki, kişi və qadınlar fitrətən fərqli yaradıldıqlarına görə fərqli hüquqlara, vəzifələrə və yeri gələrkən fərqli cəzalara malik olmalıdırlar.
O, fikirlərini yazıya köçürməkdən çox şifahi tədris zamanı qeyd edirdi.
Lakin, onun ölümündən sonra bir qrup tələbələri həmin şifahi mühazirələrin üzərində işləyərək onları kitab şəklində nəşr etdirmişlər.
Beləliklə, 2008-ci ilin ortalarına qədər "Sadra Nəşrləri" tərəfindən Mütəhhərinin altımışdan çox kitabı nəşr olunmuşdur.
Otuza yaxın kitab Mütəhhəri haqqında və ya onun çıxışları əsasında hazırlanmışdır.


Bəzi məlumatlar Vikipediyadandır

No comments:

Post a Comment