Monday, March 30, 2015

Kamil insan və kamil davranış (4)

Mürtəza Mütəhhəriyə görə, İslamda kamil insanı tanımaq üçün iki yol təklif olunur:
1.  Müqəddəs Quran və Sünnədən ibarət İslam mənbələrində təsvir olunan kamil insanı öyrənmək.
2.  Real nümunədə kamil insanları tapmaq və real həyatda onları öyrənmək.
Xoşbəxtlikdən, Müqəddəs Quran və Sünnədə kamil insan barədə kifayət qədər müfəssəl məlumat vardır.
Eyni zamanda, İslamın təqdim etdiyi kamil insan heç vaxt real həyatda mövcud olmayan, xəyali vardlıq deyildir, o, real varlıqdır.
Məsələn, Müqəddəs Peyğəmbərimiz (s), eləcə də İmam Əli İslamın kamil insan nümunələrindəndir.
Onları tanımaq İslamın kamil insan modelini tanımaq deməkdir.
“Kamil” ilə “tam”ın fərqi
Mütəhhəriyə görə, bu anlayışlar eyni qəbul edilməməlidir.
“Kamil” anlayışı şaquli, “tam” anlayışı isə üfüqi istiqamətə aiddir.
“Tam” odur ki, onun mövcudluğu üçün lazım olan bütün elemetlər mövcud olsun.
Burada varlıq üfüqi istiqamətdə son həddinə çatır.
“Kamil” isə odur ki, “tam”ın bütün elementləri özünün yüksək dərtəcəsində olsun.
Burada varlıq şaquli istiqamətdə son həddinə çatır.

M.Mütəhhərinin “Kamil insan” əsərindən istifadə olunmuşdur.

No comments:

Post a Comment