Monday, March 16, 2015

Kamil insan və kamil davranış (1)

Rasional, yaxud kamil davranış anlayışını təyin etmək üçün hər şeydən öncə kamil insanın mahiyyətini öyrənmək tələb olunur.
Bunun üçün, kamil insan konsepsiyası müxtəlif nəzəri baxış bucağından öyrənilməlidir.
Bu sahədə tanınmış alimlərdən biri də böyük mütəfəkkir Mürtəza Mütəhhəri olmuşdur.
Mürtəza Mütəhhəri haqqında qısaca
İranlı din xadimi Şəhid Mürtəza Mütəhhəri ustad və siyasətçi olmuşdur.
İslam Respublikasının ideoloji əsaslarının yaranmasında Mütəhhərinin əhəmiyyətli rolu olmuşdur.
O, şahın dövründə Ayətullah Xomeyninin şagirdi idi və Onun tələbi ilə İranın İnqilab Şurasını yaratmışdır.
Ona sui qəsd olunan zaman o, Şuranın sədri idi.
Ailəsi əslən Əfqanıstandan – Heratdan olsa da Mütəhhəri 31 yanvar 1919-cu ildə Fərimanda anadan olmuşdur.
O, ibtidai təhsilini elə oradaca almışdır.
1944-cü ildən 1952-ci ilə qədər Qum Hövzəsində oxumuş, daha sonra Tehrana köçmüşdür.

Bəzi məlumatlar Vikipediyadandır

No comments:

Post a Comment