Sunday, March 29, 2015

Kamil insan və kamil davranış (3)

Mürtəza Mütəhhəri bəzi dini qruplara qarşı müxalif mövqedə olmuşdur.
O, bu qrupları “başqalarının, xüsusilə materialistik məktəblərin əsarətində olanlar” kimi adlandırırdı.
Qeyd edirdi ki, həmin qruplar “bu əcnəbi ideyaları İslam qiyafəsində” təqdim edirlər.
1977-ci ilin iyun ayında yazdığı məqaləsində o, “bütün ali İslam dairələrini” “İslam adından təqdim olunan bu təhrikedici əcnəbi ideyaların” təhlükəsi ilə bağlı xəbərdar edirdi.
Onun bu müraciətləri İran Mücahid Camaatı və Furqan Qrupuna qarşı yönəlmişdi.
1 may 1979-cu il tarixində Tehranda Yadullah Səhabinin evindəki toplantıdan gec saatlarda qayıdan zaman Mürtəza Mütahhariyə odlu silahla sui-qəsd olunur.
Sui-qəsd Furqan silahlıları tərəfindən təşkil olunur.
Sui-qəsdin məsuliyyətini Qrup öz üzərinə götürür.
İddiaya görə, qatil bu solçu İslami qrupu təsis edən Əkbər Qoudərzi olmuşdur.
Yeri gəlmişkən, Mütəhhəri İranın Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Əli Laricaninin qayınatasıdır və təhsilini Qərb Fəlsəfəsi üzrə bitirməsi Mütəhhərinin məsləhi ilə olmuşdur.
Bəzi məlumatlar Vikipediyadandır

No comments:

Post a Comment