Wednesday, July 15, 2015

Qandinin iqtisadi fikirləri (10)

İstəklərin məhdudlaşdırılması

Ardı

Bu ideya vaxt israfı ilə nəticələndi və Hindistan üçün hər hansı həll hasil olmadı.

“Məgər, zənginlər özlərini daş-qaşlarından məhrum etməklə onları milyonlarla ac insanlar üçün trastlarda qoruyacaqdılar”.

Qandiçiliyin baxışları müəyyən mənada qənaət məsələsində Protestant əxlaqına oxşar kimi görünür.

Lakin, bunlar  arasında mühüm fərq ondan ibarətdir ki, sonuncuların kapital yığımı üzrə qənaətinin məqsədi gələcəkdə daha çox istehlak edə bilməkdir.

Qandiçiliyə görə isə, mötədillik (qənaətcillik) daimi əsasda arzu olunandır.

Bu, sadəcə sonradan yüksək istehlak naminə indinin qənaətcilliyi olmamalıdır.

Qandinin vəsiyyətləri də Marksist doktrinası kimi iqtisadi artım məsələsində kapital yığımını ən mühüm amil hesab edən çağdaş kapitalist ideyaları ilə də birbaşa ziddiyyət təşkil edir.

Qandiçilikdə yığımın mənfəət motivi bəyənilmir.

Bununla yanaşı o, istehsal vasitələrinin kapitalistlərdən zorla alınaraq milliləşdirilməsinin də əleyhinə olmuşdur.

O, ümid edirdi ki, onlar könüllü şəkildə öz aktivlərini dövlətə təslim edəcək və ya cəmiyyətin maraqları naminə trastlarda saxlamağa davam edəcəklər.


D. M. Nachane-nin tədqiqat işindən istifadə olunmuşdur

No comments:

Post a Comment