Wednesday, July 1, 2015

Qandinin iqtisadi fikirləri (5)

Svadeşi konsepsiyası

Qandiçiliyin özü tərəfindən Svadeşi “içimizdə uzaq kəslərdən fərqli olaraq, yaxın ətrafımıza əhəmiyyət verməyimizə, onların xidmətində durmağımıza mane olan ruhumuz” kimi izah olunur.
(Unnithan 1956 p. 54).

Svadeşi hərəkatı 1930-cu illərdən başlamışdır.

Bu, Qandinin yaxından şahidi olduğu əl əməyi sənayesinin açıq-aydın tənəzzülünün nəticəsində meydana gəlmişdir.

O, haqlı olaraq bunu Hindistanda kənd yoxsulluğunun əsas səbəbi hesab edirdi.

Bu hərəkat Avropa mallarını baykot etməklə qədim yerli sənətkarlıq mallarına olan tələbin azalmasının qarşısını almağa yönəlmişdir.

Mahiyyət etibarilə bu, kənd sənayesinin dirçəliş proqramına çevrilmişdir.

Svadeşi hərəkatının ən bariz təzahürü Xadi (ev parça lifi) mübarizəsi ilə meydana çıxdı.

Bu, mənəvi prinsiplər səviyyəsinə yüksələn Qandıçıliyin Ahimsasından (qeyri-zorakılıqdan) ilham almışdır.

Beləliklə, Xadi Hindistan ziyalılarının, yerli qərbpərəstlərin, eləcə də kəndli camaatın güclü mənəvi təmizlənməsi əsasında liberalizm hərəkatının təbliğat silahına çevrildi.


D. M. Nachane-nin tədqiqat işindən istifadə olunmuşdur

No comments:

Post a Comment