Sənayeləşməyə və texnologiyaya baxışlar
Sənayeləşməyə
müxaliflik Qandi ekonomiksinin çox mühüm xüsusiyyətlərindəndir.
Burada Ruskin
və Tolstoyun təsirləri çox barizdir.
Eyni zamanda,
bu müxaliflik mövqeyində çobansayağı romantizm mövcud olmuşdur.
Bu,
Qandiçiliyin müasir sənayeləşmənin bütün formalarına (istər xarici və ya
daxili) qarşı olmasına gətirib çıxardı.
Daxili
sənayeləşməyə (müasir istiqamətdə) müxalif mövqedə durmaq yəqin ki, onun
empirik (praktiki) müşahidələrinə əsaslanırdı.
Baxmayaraq ki,
Britaniya Hindistanında əlli ildən çox müddət ərzində (1881-1931) modern
sənayenin əhəmiyyətli inkişafı mövcud olmuşdur.
Lakin, bu
müddət ərzində əsas işçi heyətin sayılnda əhəmiyyətli çoxalma mövcud
olmamışdır.
Məşğulluğun bu
təşkilati sektorda yüksəlməsi, digər tərəfdən ənənəvi sektorda zəifləməsi ilə
kompensasiya olunurdu.
Qandiçiliyin
sənayeləşmə (çağdaş anlamda) antoqanizmi onun bir sıra yazılarında öz əksini
tapır.
D. M. Nachane-nin
tədqiqat işindən istifadə olunmuşdur
No comments:
Post a Comment