Monday, July 13, 2015

Qandinin iqtisadi fikirləri (9)

İstəklərin məhdudlaşdırılması

Qandiçiliyin iqtisadi inkişaf konsepsiyası yaşam standartlarının yüksəldilməsi məsələlərindən də çox insanın ruhi inkişaf mövzusundan bəhs edir.

O, iqtisadi inkişaf məslələri ilə elə bir dərəcədə maraqlanırdı ki, özünün qeyd etdiyi kimi: “Heç bir kəs iddia edə bilməz ki, kəskin yoxsulluğun cəmiyyətin mənəvi aşınmasından daha böyük fəsadı ola bilər”.

 Mahatma Qandi: Onun həyatı, yazıları və çıxışları (Madras 1921, səhifə 350).

Bu mənada onun sözügedən baxışları Amartya Senin yetmiş il sonra bəyan olunan “səlahiyyət”ə dair baxışaları ilə oxşardır.

Lakin, əlbəttə o, sənayeləşmənin nəticəsində meydana gələn istehlak mallarının çoxluğundan və mühavizəkar istehlakçılıqdan ibarət cəmiyyəti nəzərə tutmurdu.

Hind dini ayətlərini, eləcə də bu mövzularda digər dini və dünyəvi yazıları oxuması onda sadə həyat tərzinə və zahidliyə dərin rəğbət yaratmışdı.

Bu barədə onun başlıca şüarını belə ümumiləşdirmək olar ki,  “Müasir vətəndaşlıq əsl mənada kəmiyyət artımında deyil, məqsədli və könüllü şəkildə şəxsi istəklərin məhdudlaşdırılmasından ibarətdir”.


D. M. Nachane-nin tədqiqat işindən istifadə olunmuşdur

No comments:

Post a Comment