Sənayeləşməyə və texnologiyaya baxışlar
Ardı
Bununla
əlaqədar iki səciyyəvi şərhi qeyd edə bilərik.
Birincisi “Gənc
Hindistan” nəşrindəndir (1931), hansı ki, müəllif yazır:
“Qorxuram ki,
sənayeləşmə bəşəriyyət üçün lənətə çevrilsin.”
İkinci mənbə
isə Haricandır (1936):
“Sənayeləşmə
rəqabət və marketinqin meydana gəlməsi nəticəsində geniş masştabda mütləq
şəkildə kəndlilərin aktiv və ya passiv istismarına gətirib çıxaracaqdır.”
İnkişafın
Qandiçilik modelinə görə hər bir kənd özünün ehtiyacları üçün, eyni zamanda
bununla yanaşı isə müəyyən faiz qədər şəhərlərin tələbatı üçün istehsalı təmin
edəcək.
Həmçinin, o,
cəhalətpərəslikdən uzaq olaraq sənayeləşmənin də xalqın mövcudiyyəti üçün
zərurətini qəbul edirdi.
Bu xüsusda o,
ağır sənayenin mövcudluğuna güzəşt kimi yanaşır və diqqətə çatdırırdı ki, “Ağır
sənaye gərəkdir ki, mərkəzləşdirilsin və milliləşdirilsin. Bunlar geniş milli
fəaliyyətin az hissəsi əhatə edəcək ki, qalan əsas hissə əsasən kəndlilərin
əlində qalacaqdır.” – Qandi (1941).
D. M. Nachane-nin
tədqiqat işindən istifadə olunmuşdur
No comments:
Post a Comment