Sunday, July 5, 2015

Qandinin iqtisadi fikirləri (6)

Svadeşi konsepsiyası

Retrospektiv yanaşdıqda, Zileyə (1958) görə:

Yarandığı zamanda Xadinin bu konstruktiv proqramı həqiqətən dahi zərbə oldu.

Milli maraqlar baxımından:

-      bu, məzlum kəndlinin başa düşəcəyi milli toplanış, milli birlik simvolu oldu.

Siyasi baxımdan:

-      bu, milli birlik hərəkatını konkret formaya salan güclü silah oldu.

İqtisadi baxımdan:

-      bu, kəndlərin ciddi bir problemini məhsuldar yolla həll edə biləcək inkişaf vasitəsi oldu.”

Beləliklə, Qandiçiliyin bu əsas iqtisadi konsepsiyası kəndli istehsalatının əcnəbi sənayenin təcavüzünə qarşı müdafiəsi vasitəsinə çevrildi. 

Bu ideyanı təcəssüm etdirən Svadeşi konsepsiyası onun iqtisadi təfəkkürünün əcdadına çevrildi.



D. M. Nachane-nin tədqiqat işindən istifadə olunmuşdur

No comments:

Post a Comment