Hissi idrak insanın ətraf aləmlə birbaşa qarşılıqlı təması nəticəsində yaranır. Bu idrak növünün formaları:
duyğu;
qavrayış;
və təsəvvürdür.
Hissi idrakda hiss orqanları üçün əlyetərli olan predmet və proseslərin insan beynində əyani obrazları formalaşır.
Eyni zamanda, hissi idrak insanın gerçəkliyi əhatəli, tam dərk etməsi üçün kifayət etmir. Çünki bu idrak növü hadisə və proseslər barədə yalnız zahiri bilik verir.