Elmi nəzəri iddialar, onları sübut yetirən elmi təcrübələrin yekunu (buna bütövlükdə elm də demək olar) idrak prosesinin nəticələridir. Digər tərəfdən bunlar həm də idrak prosesinin obyekti də ola bilər.
Beləliklə, idrakın obyekti həm praktiki, həm idrak prosesinin gedişində mənimsənilən və insandan asılı olmayan şeylər, hadisələr, proseslərdir.
İdrak strukturuna görə mürəkkəb prosesdir. İdrakın bir neçə əsas növü fərqləndirilir. Bunlardan biri cari, yaxud gündəlik idrakdır. Cari idrakın nəticəsində əldə edilmiş bilik insanın bilavasitə praktiki həyatına aiddir. Məsələn, gündəlik rutin işlərin icrası, yaşam normalarına əməl edilməsi və s.
No comments:
Post a Comment