Fəlsəfi mənbələrə görə idrakın subyekti onun daşıyıcısıdır. Başqa sözlə, idrakın subyekti deyiləndə dərketmə mənbəyi, dərk edən müxanizmin özü nəzərdə tutulur. Bu mənada idrakın subyekti hər şeydən öncə insandır. Eyni zamnada fəlsəfədə elə yanaşmalar da vardır ki, onlar təkcə fərdi deyil, bütöv bir qrupu, məsələn cəmiyyəti də idrakın subyekti kimi tanıyır.
İdrakın obyekti isə dərketmə fəaliyyətinin yönəldiyi nəsnədir, şeydir. Subyekt dərk edəndirsə, obyekt dərk olunandır. Fəlsəfi mənbələrə görə, idrakın obyekti materiyanın, obyektiv gerçəkliyin eyni deyil. Həm maddi nəsnələr (kimyəvi element, fiziki cisim, canlı orqanizm), həm də sosial hadisələr (cəmiyyət, insanların qarşılıqlı münasibətləri, onların davranış və fəaliyyəti) idrakın obyekti ola bilər.
No comments:
Post a Comment