Wednesday, May 15, 2019

A112.1

Ardı:
Müasir fəlsəfə daha bir idrak növü kimi mifoloji idrakı ayırır. Mifoloji idrak dünyanın mifoloji fərziyyələrlə dərk olunması kimi izah olunur. Müəlliflər hesab edir ki, mif əfsanə, əsatir deyil. O, bəşəriyyət mövcud olduqca mövcud olacaq. Hər bir kəs dünyanı, ətraf aləmi öz baxışlarına uyğun fərziyyələrlə dərk edir. Hesab olunur ki, mifoloji idrak digər idrak növləri arasında mərkəzi yer tutur. Belə ki, digər idrak növləri məhz mifoloji idrak ətrafında möhkəmlənir. Bu mənada mifoloji idrak istər şəxsin, istərsə də toplumun mədəni inkişafına əhəmiyyətli təsir göstərir.

No comments:

Post a Comment