Bu biliklərin həm indi, həm də gələcəkdə insanlara ötürülməsi ünsiyyətlə başa gəlir. Cari idrak, onun əsasında duran gündəlik biliklər qeyri-sistematikdir. Bu bilik və təcrübələr hər hansı konkret vəziyyətdə aktuallaşır. Bu mənada onu nizamsız biliklər yığını kimi də ifadə edirlər. Bu mənada cari idrak pərakəndədir, vəziyyətdən asılıdır.
Cari idrak sağlam fikrə əsaslanır. Bu halda sağlam fikir insanın hissi təcrübəsi ilə sıx əlaqədə olduğuna görə cari, gündəlik praktik fəaliyyət üçün etibarlı əsasdır. Cari idrak özlüyündə sağlam olsa da dünyanın, həyatın mürəkkəb qanunauyğunluqlarını mənimsəmək üçün yetərli olmur. Bununla belə, cari, gündəlik idrak daha ali həqiqətlərin dərki üçün başlanğıc hesab olunur.
No comments:
Post a Comment