Wednesday, February 11, 2015

İstehlakçı davranışının nəzəriyyəsi (16)

Edgeworth deyir ki:
“Ekonomiksin birinci prinsipi ondan ibarətdir ki, hər bir iqtisadi agent yalnız özünün şəxsi maraqları naminə fəaliyyət göstərir.”
(Çapra 2000: 22)
Bu mənada iqtisadi fərd şəxsi maraqlarını təmin edə bilmək üçün öz faydalılığını maksimallaşdırmaqla məşğuldur.
Beləliklə, cəmiyyətdə başqalarının rifahı bütövlükdə inkar olunur.
Hərçənd, rasionallığın tərifi (izahı, mənası) hələ də iqtisadçılar arasında müzakirə olunur.
Burada rasional iqtisadi fərd üçün şəxsi marağın maksimallaşdırılması məsələsi daha çox qəbul olunur.
Digər tərəfdən, fərdiçilik azad bazar şərtlərinə istinad edir.
Burada inanılır ki, hər hansı müdaxilə, xüsusilə də dövlət tərəfindən tənzimləmə olmadan bazar mexanizmi mükəmməl şəkildə işləyəcəkdir.

ardı olacaq...

Mənbə: Malayziya İslam Elmləri Universiteti

No comments:

Post a Comment