Monday, April 20, 2015

Kamil insan və kamil davranış (10)

Qüdrət məktəbi
Kamil insan barəsində mövqe ifadə edən məktəblərdən biri də yalnız qüdrətə əsaslanan məktəbdir.
Bu məktəbə görə, yalnız qüdrətli insan kamil insandır.
Burada qüdrət güc və qüvvət mənasındadır.
Qədim Yunanıstanda mövcud olan “sofistlər”ə görə, haqq zordan, gücdən ibarətdir.
Bu məktəb deyir: harada qüdrət varsa, haqq elə həmin qüdrətdir.
Zəifsənsə, haqsızsan.
Ədalət və zülm əhəmiyyətsizdir, onlar meyarlar deyil.
Yeganə meyar güc və qüvvətdir.
Bu məktəbə görə, insanın bütün səyi güc, zor, qüvvət və qüdrət əldə etməyə yönəlməlidir.
İnsanın gücü və qüdrəti heç bir şeylə məhdudlaşdırılmamalıdır.
Yəni, sonsuz dərəcədə qüvvət və zor elə haqqın özüdür.
İnsan fiziki, material, maddi anlamda güclü olduğu qədər haqlıdır.


M.Mütəhhərinin “Kamil insan” əsərindən istifadə olunmuşdur

No comments:

Post a Comment