Wednesday, April 1, 2015

Kamil insan və kamil davranış (5)

Mürtəza Mütəhhəriyə görə:
İnsanın kamilliyi onun tarazlığındadır.
Kamil insan diqqətini özünün müəyyən bir istedadına yönəldərək, digər istedadlarından üz çevirmir.
O, bütün istedadlarını bərabər və uyğun tərzdə inkişaf etdirir.
Kamil insanda bütün insani dəyərlər bir-biri ilə uyğun şəkildə inkişaf edir, bu dəyərlərin heç biri inkişafdan geri qalmır.
Eyni zamanda, bu dəyərlər özünün yüksək dərəcələrindədir.
Mütəhhəri deyir:
İmam Əli (ə.s.) kamil insandır, ona görə ki, onun şəxsiyyəti kamilliyin hər üç şərtini ödəyir.
Belə ki, Onda:
1) “bütün insani dəyərlər”
2) “özünün ən yüksək həddində”
3) “bərabər şəkildə”
inkişaf edibdir.


M.Mütəhhərinin “Kamil insan” əsərindən istifadə olunmuşdur.

No comments:

Post a Comment