Thursday, April 30, 2015

Kamil insan və kamil davranış (14)

Mürtəza Mütəhhəri “Zəiflik məktəbi” barədə deyir:
-      Zəiflik məktəbinin davamçıları səhv edirlər.
-      “Qüdrət məktəbi” ilə müqayisədə onlar təfrit yolunu seçirlər.
Mürtəza Mütəhhəriyə görə ümumiyyətlə:
-      Məktəblər adətən ya ifrat, ya da təfrit yolunu seçirlər.
-      Sokrat yalnız bir tərəfi tutmaqla, Platon isə yalnız başqa tərəfi tutmaqla səhv edir.
-      Həmçinin Karl Marks, Nitsşe və digərləri.
-      İfrat və təfrit deyil, rasional və kamil dərəcəni isə Hz. Peyğəmbərin yanaşmasında görürük.
-      Onun məktəbi ali və hərtərəflidir.
-      Bütün filosoflar Onunla müqayisədə şagird və müəllim kimidirlər.
-      Şagirdlərin hər biri bir mövqedən baxır, müəllim isə bütün yanaşmaları ehtiva edən ən kamil baxışı ərz edir.
Müəllif burada qızıl orta konseptinə işarə edir.
Hansı ki, bu, kamil insan və kamil davranış üçün mühümdür.


M.Mütəhhərinin “Kamil insan” əsərindən istifadə olunmuşdur

No comments:

Post a Comment