Zəiflik məktəbi
Nəzəri-fəlsəfi
nöqteyi nəzərdən, Eşq məktəbi Ağıl məktəbinin əks qütbündə durduğu kimi,
Zəiflik məktəbi də Qüdrət məktəbinin əks qütbündədir.
Zəiflik
məktəbi insanın kamilliyini onun zəifliyində hesab edir.
Bu
məktəbə görə:
-
Qüdrətli insan təcavüzkarlıq edəcək deyə, kamil insan
ola bilməz.
-
İnsan ayaq alta qalan qarışqadır, sancan arı
deyildir.
-
İnsanın gücə malik olmaması nemətdir, çünki bu
halda o, xalqa əzab çəkdirə bilməz.
Mürtəza
Mütəhhəri bu məktəbi tənqid edərək deyir:
-
Nə ayaq alta qalan qarışqa, nə də sancan arı olma,
şükür edən ol ki, qüdrətin olduğu halda, xalqa əzab çəkdirən deyilsən.
-
Çünki, imkanı olmayıb zülm əhli olmamaq kamillik
deyil.
-
Kamillik odur ki, imkanın olan halda zülm yolunu
tutmayasan.
-
Hətta günaha girməmək niyyəti ilə tərk-dünyalıq,
tərk-qüdrətlilik tam yanlışdır.
M.Mütəhhərinin
“Kamil insan” əsərindən istifadə olunmuşdur
No comments:
Post a Comment