Mürtəza
Mütəhhəriyə görə:
İnsan və
ya cəmiyyət çox vaxt tam səhv yollara çəkilməklə haqq yolunu itirmirlər.
Onlar
məhz, haqq məsələlərdə həddi aşdıqlarına görə fəsada düçar olurlar.
Məsələn,
fiziki ibadət həqiqi bir dəyərdir, lakin hədsiz dərəcədə bu dəyərə yönəlmək,
digər insani dəyərlərin məhvinə səbəb olar.
Beləliklə,
fərd və cəmiyyətin düz yoldan çıxması iki cürdür:
Birincisi,
dəyərsiz şeylərin əsl dəyərlərin yerinə keçməsi.
Məsələn,
zülmün ədalət, köləliyin azadlıq yerinə keçməsi və s.
Lakin, bu,
ən böyük təhlükə deyil.
Ən böyük
təhlükə ikincisidir.
İkincisi
odur ki, hansısa bir haqq dəyərin ifratı ilə digər haqq dəyərlərin aradan
getməsi.
Məsələn,
zahidlik həqiqi dəyərdir.
Lakin, bəzən
fərd və ya cəmiyyət zəhidliyə o qədər qapılır ki, məhz, bu dəyərdə məhv olur.
M.Mütəhhərinin
“Kamil insan” əsərindən istifadə olunmuşdur.
No comments:
Post a Comment