Tuesday, April 14, 2015

Kamil insan və kamil davranış (8)

Müxtəlif məktəblərdə kamil insan fenomeni
Əql məktəbi
Bu məktəb insana daha çox ağıl cəhətdən yanaşır.
Burada insanın cövhəri yalnız ağıl qəbul edilir.
Ağıl təfəkkür və düşüncə qabiliyyətidir.
Bu məktəbin nümayəndələrindən biri İbn Sinadır.
Bu məktəbin yanaşmasına görə, kamil insan hikmət və fəlsəfəyə yiyələnmiş insandır.
Burada hikmət anlayışı “əməli hikmət” kimi qəbul edilmir.
Burada “nəzəri hikmət”ə əsaslanılır.
Məqsəd “bütün varlığın düzgün şəkildə ümumi dərk edilməsi”dir.
Bu, “elm”dən fərqli məsələdir.
Çünki, “elm” varlığın bir hissəsinin dərk edilməsidir.
Bu baxımdan, filosof, yəni nəzəri hikmət sahibi varlığı ümumi şəkildə araşdırır, onun əvvəlini və axırını tapmağa, mərtəbə və dərəcələrini, ümumi qanunlarını dərk etməyə çalışır.


M.Mütəhhərinin “Kamil insan” əsərindən istifadə olunmuşdur

No comments:

Post a Comment