Sunday, April 12, 2015

Kamil insan və kamil davranış (7)

Mürtəza Mütəhhəri deyir:
Mühüm insani dəyərlərdən biri də “dərddir”.
İlk baxışdan, dərd, ağrı pis anlayışdır, pis şeydir.
Lakin mahiyyət etibarilə bu, fərqlidir.
Belə ki, “ağrı” və onun “səbəbi” fərqli məfhumlardır.
Çünki, ağrı olmasa, onun səbəbi vaxtında ortaya çıxmaz.
Ağrı dərdi bəyan etməklə, onu idarəolunan edir.
Müəllifin bu yanaşmasından belə nəticəyə gələ bilərik ki:
Fərd üçün, ümumilikdə cəmiyyət, o cümlədən ictimai münasibətlər üçün də bu yanaşma tam doğrudur.
Məsələn, sosial-iqtisadi təhlillərdə erkən xəbərdarlıq göstəriciləri bu funksiyanı yerinə yetirir.
Əxlaqi baxımdan ağrı, dərd təfəkkürə, düşünməyə yol açır ki, bu da son fəsadın həlli üçün ilkin şərtdir.
Cəmiyyətdə, xüsusilə sosial-iqtisadi münasibətlərdə doğru təfəkkür, yəni faydalı təhlil doğru qərarlar üçün vacib şərtdir.
Deməli, ardıcılıq belə olmalıdır: kamil əxlaqdan doğru təfəkkürə; doğru təfəkkürdən səlis təhlilə; səlis təhlildən düzgün ictimai o cümlədən sosial-iqtisadi qərarlara.

M.Mütəhhərinin “Kamil insan” əsərindən istifadə olunmuşdur

No comments:

Post a Comment