Ardı
Müəllif yazır:
Bələliklə,
Müsəlman mütəfəkkirlər üçün müxtəlif problemlərin həlli yollarının
Qurani-Şərifdə axtarılması daha müvafiqdir.
Əgər burada aydın
və müxtəsər həll tapılmadısa, bu halda daha da məmnuniyyətə çatmaq üçün
Müqəddəs Peyğəmbərin (s.ə.a.s.) səhih hədisləri incələnir.
Əgər bu da
kifayət etmədisə, onda İcma və Məntiqə yekun çarə kimi müraciət olunur.
Həmin xüsusi
mövzu möhkəm İslami biliklərə malik mütəxəssislərin sahəsidir.
Müəllif yazır ki:
Bunu vurğulamaq
mənasızlıq kimi görünsə də qeyd edim ki, aşağıdakı təhlillər yanız müasir
Müsəlman mütəfəkkirlərinin sistatlarına əsaslanır və mənim şəxsi təhlil və
əsaslandırmalarıma söykənmir.
Qeyd olunması
vacibdir ki, İslam prinsipləri kiçik hissələrə və parçalara bölünə bilinməyən
bütöv konsepsiyalar və qanunlar toplusudur.
İslama bütövlükdə
yanaşılması çox mühümdür, əks halda əldə olunan meyvələr İslam ətri və dadına
uyğun olmayacaqdır.
Başqa sözlə, İslamda
bəzi qanunları qəbul edib, digərlərini inkar etmək mümküm deyildir.
Əbdül Hüseyn Məhəmmədin
tədqiqat işindən istifadə olunmuşdur
No comments:
Post a Comment