Tuesday, October 27, 2015

İslamda iqtisadi sistem (16)

Ardı
Müəllif yazır ki:
Müqəddəs Peyğəmbər buyurmuşdur: “Könüllü şəkildə təklif etməsi istisna olmaqla Müsəlmanın mülkünə sahib olmaq onun qardaşı üçün də qanunsuzdur. ”
(b). Kollektiv Mülkiyyət
Bu bölmə maliyyə vəziyyətlərindən asılı olmayaraq İslam dövlətinin bütün insanlarına məxsus olan milli sərvəti ehtiva edir.
Sərvətin bu hissəsi məktəblərin, xəstəxanaların tikintisi və s. üçün sərf olunur, istifadə edilir.
Bu sektorun mənbələri və ya gəlirləri məxsusidir və burada bəhs olunmuşdur.
Məsələn, təbii olaraq məhsuldar torpaqlar (Xərac torpaqları kimi də adlandırılır) bu mənbələrdəndir.
Müqəddəs Peyğəmbər buyurmuşdur:
"İnsanlar üç şeyi paylaşırlar: odu, suyu və otu."
İslam tarixi boyunca bütün Müsəlman mütəfəkkirlər təbii resursların kollektiv mülkiyyətin tərkibi olması ideyasını qəbul etmişlər.

Əbdül Hüseyn Məhəmmədin tədqiqat işindən istifadə olunmuşdur

No comments:

Post a Comment