Thursday, October 15, 2015

İslamda iqtisadi sistem (12)

Ardı
Müəllif qeyd edir:
Bəşəriyyət özünün şüuru və təfəkkür gücü ilə təbiətin digər elementlərindən fərqləndirilmişdir.
Onun statusunun iki növ qanunu mövcuddur.
Birinci növ ürək döyüntüsü, yaxud maraq instinkti və s. kimi onun istəyinin, iradəsinin fövqündə olan instinktiv, materialistik və psixoloji fəaliyyətləri ehtiva edir.
İkinci növ isə insanın azad iradəsinə əsaslanan fəaliyyətləri əhatə edir.
Allah insana ən mükəmməl davranış normalarını təklif etmişdir.
Bunlar, Peyğəmbərlərin vasitəsilə vəhy yolu ilə çatdırılmışdır.
Peyğəmbərlər Allahın insaniyyətə elçiləri olmağa layiq görülmüş ən kamil insanlar kimi buna İslami nöqteyi-nəzərdən yanaşmışlar. 
Onlar bu planetin tarixi ərzində minlərlə sayda olmuşlar.
Fəqət, onlardan beş nəfəri yaşamın bütün qaydalarını təlqin etməkləri səbəbindən ən ali məqama sahib olmuşdur.
O həzrətlər Nuh, İbrahim, Musa, İsa və son olaraq Mühəmməddir.
Bizə Yaradan tərəfindən Onun Peyğəmbərləri vasitəsilə insan həyatının bütün sahələrini əhatə edən təbii qanunlarla harmoniyada olmaq əmr olunmuşdur.

Əbdül Hüseyn Məhəmmədin tədqiqat işindən istifadə olunmuşdur

No comments:

Post a Comment