Ardı
Müəllif davam
edir ki:
Bu məqamları
yekunlaşdırandan sonra, indi iqtisadi sistemləri ətraflı şəkildə müzakirə
etməyin sırasıdır.
İslam iqtisadi
sistemi aşağıda qeyd olunan üç bünövrəyə əsaslanır:
MÜLKİYYƏTİN ÜÇLÜ
TƏBİƏTİ
Kapitalizm özəl
mülkiyyətə ictimai istəkləri və tələbatları könüllü şəkildə təmin edən bazis
ehtiyac kimi yanaşır və hesab edir ki, bunların arasında münaqişə mövcud
deyildir.
Kapitalistlər
milliləşməni milliləşmiş iqtisadiyyatın müvəqqəti böhranları üçün müstəsna
vasitə hesab edirlər.
Bu, belə arqumentləşdirilir
ki, iqtisadi sistemin milliləşmiş sektorları həmin böhranlar aradan gedəndən
sonra de-milliləşdirilə (özəlləşdirilə) bilər.
Digər tərəfdən
isə sosializm kollektiv mülkiyyətçiliyi özünün iqtisadi sistemi üçün
fundamental konsepsiya hesab edir.
Sosializmə görə
özəl kapitallar mütləq milliləşməlidir.
Əbdül Hüseyn Məhəmmədin
tədqiqat işindən istifadə olunmuşdur
No comments:
Post a Comment