Thursday, October 1, 2015

İslamda iqtisadi sistem (7)

Ardı
Müəllif qeyd edir ki:
Demokratik Sosialist sistemi Çində, Rusiyada, Yuqaslaviyada üstünlük təşkil edir.
Bu systemdə əhalinin mülkiyyətə sahibliyi icazəli olsa da bu, məhdudlaşdırılır.
Dövlət ölkənin sərvətinin və sənayesinin bütün yükünün mülkiyyətinə və idarə edilməsinə malikdir.
Başqa sözlə, fərdlərin özlərinin zəruri ehtiyaclarından ziyadə sahibliyinə icazə verilmir, belə ki, dövlət cəmiyyətin bütün aspektlərini idarə edir, inkişaf etdirir, müdafiə edir və himayə edir.
Bu, şübhəsiz ki, doğru deyildir, ona görə ki, bu, insanların təşəbbüskarlığını, cavabdehliyini, eləcə də yaradıcı gücünü və şəxsi maraqlarını aradan aparır.
Həqiqətən, Rusiya və digər sosialist ölkələr hər şeydən öncə öz ideyalarının praktikliyinə, eləcə də bunun köməyi ilə kapitalizmi çökdürə biləcəklərinə şübhə edirlər.
Fəqət, əlli il keçməsinə baxmayaraq onların bu dilemması dəyişmədisə, bu, onu göstərir ki, dolayısı ilə onlar yanlış konsepsiyaların icrası ilə məşğuldurlar.
Beləliklə, Çinin Rusiyanı kapitalistlər tərəfə əyilməkdə günahlandırmasının davamı olaraq, onlar bu sistemdə əhəmiyyətli dəyişikliklər və düzəlişlər təklif etməkdədirlər.

Əbdül Hüseyn Məhəmmədin tədqiqat işindən istifadə olunmuşdur

No comments:

Post a Comment