Wednesday, October 7, 2015

İslamda iqtisadi sistem (9)

Ardı
Müəllif yazır ki:
Bu yerdə, müsir Müsəlmanların mənəviyyatını və anlayış səviyyəsini dərk etməkdən ötrü hazırkı İslam dirçəlişinin xüsusiyyətlərinə və bu prosesin inkişafına cəld şəkildə nəzər salmaq faydalı olardı.
Qurani-Kərim İslam iqtisadi sistemini sistematik şəkildə təsvir edən elmi mətnləri ehtiva etmir.
Müasir İslam hərəkatı əsrin (XX) əvvəllərindən başlamışdır və dördüncü dekadaya kimi formal təşkilatlar çərçivəsinə malik olmamışdır.
Müsəlman mütəfəkkirlər aşağıda sadalanan mənbələrə əsaslanan ənənəvi İslam qanunvericiliyini əsas götürmüşlər:
- Allah tərəfindən Peyğımbərə (Ona və ailəsinə Allahın Salamı olsun) nazil olan Qurani-Kərim.
- Peyğəmbərin (Ona və ailəsinə Allahın Salamı olsun) söylədiklərinə əsaslanan ənənələr (Sünnə)
- İcma – bu, müəyyən məsələ barədə Qurani-Kərimdə və ya Sünnədə xüsusi qeyd mövcud olmadıqda meydana gəlir.
Bu zaman İslam tarixi ərzində İslam konsepsiyaları kimi təsdiq (qəbul) olunan konsepsiyalara istinad olunur.
- İnsanın şəxsi əsaslandırması və məntiq. Həmçinin bu da müəyyən məsələ barədə Qurani-Kərimdə və ya Sünnədə xüsusi qeyd mövcud olmadıqda meydana gəlir.

Əbdül Hüseyn Məhəmmədin tədqiqat işindən istifadə olunmuşdur

No comments:

Post a Comment