Thursday, October 29, 2015

İslamda iqtisadi sistem (17)

Ardı
İslam hüququna dair kitablarda kollektiv mülkiyyətin üstünlükləri barədə çoxlu sayda nümumələrdən bəhs olunur.
(c). Dövlət Mülkiyyəti
Müəllif yazır ki:
Dövlət mülkiyyəti başqa mülkiyyət növlərindən təkcə gəlir mənbəyi baxımından deyil, həmçinin istismar və xərc sahəsinə görə fərqlənir.
Bu iqtisadi sektor, məsələn, ölü torpaq kimi xüsusi gəlir mənbəyinə malikdir.
Aşağıdakı Quran ayəsi buna sübutdur:
"Səndən qənimətlər haqqında soruşarlar. De: “Qənimətlər Allahın və Peyğəmbərinindir (onun bölünməsi Allaha və Peyğəmbərinə aiddir)."
Qurani-Şərif, 8:1
Burada Peyğəmbər İslam dövlətinin nümayəndəsi kimi qeyd olunur.
Həmin yollarla bu sərvət çoxluğun istifadəsinə verilir.
Yoxsul insanların işləməsinə kömək etməyin əsas yollarından biri kiçik kapital vəsaitləri təklif etmək, yaxud onların məşğulluğu üçün fabriklər inşa etməkdir.

Əbdül Hüseyn Məhəmmədin tədqiqat işindən istifadə olunmuşdur

No comments:

Post a Comment