Monday, June 3, 2019

A118.1

Ardı:
Daha dərin mətləblərə yönələn insanlar isə məsələlərin zahiri mahiyyəti ilə kifayətlənmirlər. Bu kəslər hadisə və proseslərin dərin mahiyyətinə yönəlməyə, onların həqiqi şəklini dərk etməyə can atırlar. Bu zaman idrak özünün daha ali pilləsi olan rasional idrak pilləsində baş verir. Rasional idrak fəlsəfi ədəbiyyatlarda mücərrəd təfəkkür kimi də adlandırılır.
Konkret hansısa məsələ, predmet barədə fikirləşməmək belə, yenə də fikir hesab olunur. Çünki fikir sanki iradədən kənar halda da özü-özlüyündə işlək rejimdədir. Lakin, iradi olaraq fikirləşməyən insan özünün maksimal zəiflik halındadır.

No comments:

Post a Comment