Fəlsəfədə təfəkkürə verilən müxtəlif izahları ümumiləşdirərək belə bir tərif verə bilərik:
Təfəkkür şeylərin və hadisələrin xüsusiyyətlərinin və münasibətlərinin düşüncədə vasitəli, ümumiləşdirilmiş təsviridir, inikasıdır.
Predmetin (şeylərin və hadisələrin) dərkdə:
batini və zahiri;
təkliyi və ümumiliyi
formalarında ikiləşməsi ilə duyğular (hisslər) təfəkkürə (fikrə) keçir.
Bu mənada zəngin bilik məhz hiss və təfəkkürün vəhdətindən hasil olur.
No comments:
Post a Comment