Wednesday, June 26, 2019

A126.1

Ardı:
Həm mücərrəd təfəkkür hissi idraksız, həm də hissi idrak məntiqi təfəkkürsüz bitkin deyildir. Bu mənada hissi və rasional idrak bir-biri ilə qarşılıqlı əlaqə və vəhdətdədir. Lakin, fəlsəfədə bir qrup filosoflar tərəfindən hissi idraka, digər qrup tərəfindən isə rasional idraka üstünlük verilmişdir.
Hisslərə və onlar vasitələrlə qazanılmış təcrübələrə üstünlük verənlər empirizm, rasional təfəkkürə üstünlük verənlər isə rasionalizm tərəfdarı kimi fərqləndirilir. Nəticədə, yeni dövr filosofları empirikçilərə və rasionalistlərə ayrılırlar.

No comments:

Post a Comment